Menu

İtaliyanın mərkəzində güclü zəlzələ

30.10.2016, 12:15
İtaliyanın mərkəzində güclü zəlzələ

Oktyabrın 30-da yerli vaxtla saat 7:41-də (Bakı vaxtı ilə 10:41) İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib.RİA Novosti agentliyi bildirir ki, İtaliyanın yerli RAI TV kanalının məlumatına görə, zəlzələnin maqnitudası 7,1 bal olub.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında isə zəlzələnin ocağının 10 km dərinlikdə yerləşdiyi, yeraltı təkanların gücünün isə 6,6 bal olduğu qeyd olunur.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Bu, İtaliyada son günlər qeydə alınan 3-cü güclü zəlzələdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol