Menu

"Neftçi" Katalin Tira ilə müqaviləyə xitam verdi

30.10.2016, 17:00
"Neftçi" Katalin Tira ilə müqaviləyə xitam verdi

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub

"Neftçi” Peşəkar Futbol Klubu (PFK) rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

"Report" "Neftçi" PFK-nin saytına istinadən xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bunun razılaşma əsasında həyata keçirildiyini bildirib: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol