Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov güman edir ki, Qərb Ukrayna ilə danışıqlara müdaxilə etməyəcək. “RİA Novosti" bu barədə xəbər verir.
Məlumata görə, Sergey Lavrov mətbuat konfransında bu haqda ətraflı danışıb: “Rusiya və Peru Ukraynadakı münasibətlərin normallaşması üçün səy göstərir. Bu prinsipial məsələdir. Kiyevdəki hakimiyyət özündə məsuliyyət hiss etməlidir və bu məsuliyyəti icra etməlidir. Cənub-Şərqin nümayəndələri ilə dialoqa getməli və bundan sonra necə yaşayacaqlarına qərar verməlidirlər. Rusiya ümüd edir ki, Kiyev hakimiyyyəti və onun opponentləri ilə dialoqun baş tutması üçün ATƏT də bu işdə səy göstərməlidir. Bizim Qərbdəki həmkarlarımız baxmayaraq ki, bu məsələyə hələ də şübhə ilə yanaşırlar, biz ümüd edirik ki, Ukraynanın danışıqlara getməsinə müdaxilə etməyəcəklər və münaqişənin həllinə mane olmayacaqlar”.
Ülkər Musazadə


Şərhlər