Menu

Piyada keçidində hamilə qadını avtomobil vurdu - Sürücü qaçıb

31.10.2016, 12:49

piyada kecidAvtomobil idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı aşkarlanıb

"Report"un xəbərinə görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb.

Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını "QAZ 31029" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, E.Əliyeva altı aylıq hamilədir və onun körpəsi tələf olub. Qadının vəziyyəti ağırdır.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı "QAZ 31 029" markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol