Menu

PKK ilə atışma: 3 türk hərbçi öldü

31.10.2016, 17:04
PKK ilə atışma: 3 türk hərbçi öldü

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 hərbçi ölüb, 1-i yaralanıb. PKK terrorçularından isə 4-ü zərərsizləşdirilib.

Hazırda dumanlı hava şəraitində atışma qısa fasilələrlə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol