Menu

Şəmkirdə məktəbli məktəblini bıçaqlayıb

31.10.2016, 21:24

BicaqŞəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir. Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol