Menu

Fransa MAR-da «Sanqaris» hərbi əməliyyatını dayandırır

31.10.2016, 22:07

fransa_bayrağı«AzPolitika.info»nun xarici mənbələrə istinadla verdiyi xəbərə görə, Fransanın müdafiə naziri Jan-İv Le Drian Mərkəzi Afrika Respublikasında (MAR) «Sanqaris» hərbi əməliyyatının dayandırıldığını elan edib. Bu barədə «AFR» agentliyi xəbər verib.

«Mərkəzi Afrika Respublikasında «Sanqaris» hərbi əməliyyatı səhifəsi çevrildi» - deyə, agentliyk nazirdən sitat gətirir.

Fransa ordusu «Sanqaris» hərbi əməliyyatını 2013-cü ilin dekabrında başlayıb. Əməliyyatlarda elan edilən məqsəd bu ölkədə olan müsəlman və xristianlardan ibarət silahlı qruplaşmalar arasında toqquşmaların aradan qaldırılması olmuşdu.

Parisdə dəfələrlə qeyd edilib ki, MAR-a hərbi müdaxilə bu ölkənin hakimiyyətinin xahişi ilə həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol