Menu

İraq ordusu Mosula girib? - Xəbərlər yayılır...

31.10.2016, 22:15
İraq ordusu Mosula girib? - Xəbərlər yayılır...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Mosulun azad edilməsi üçün hərbi əməliyyatların başlanmasından sonra İraq ordusu ilk dəfə Mosul şəhərinə girib. Bundan da əvvəl bazar ertəsi hərbi mənbələr şəhəri iki hissəyə bölən Dəclə çayının şərq sahilinə çıxmaq planları barədə xəbər vermişdi.

Bu barədə «Reuters» agentliyinə generalı Vissam Araci danışıb. O, terroçularla mübarizə məqsədilə ABŞ-n təlim keçdiyi İraq xüsusi təyinatlılarını təmsil edir.

Ötən həftə ordu hissələri və terrorçularla mübarizə təyinatlı bölmələr şəhərə hücumu dayandırmışdı. Bununla belə, oktyabrın 31-də hərbi hissələrin yenidən hərəkətə keçdiyi məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol