Menu

Türkiyədə çayxana atəşə tutulub - 3 nəfər ölüb

01.11.2016, 19:36
Türkiyədə çayxana atəşə tutulub - 3 nəfər ölüb

Bələdiyyə sədri: “Yoldan keçən maşından çayxana atəşə tutulub”

Türkiyənin Rize əyalətində çayxanaya edilən silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, hadisə əyalətin İkizdere rayonunun Güneyce kəndində baş verib.

İkizdere rayonu bələdiyyəsinin sədri Hasan Köseoğlu bildirib ki, yoldan keçən maşndan çayxana atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə mübahisə edən iki qrup arasında baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol