Menu

Hindistan sihahlı qüvvələri Pakistanın 14 sərhəd keşik məntəqəsini məhv edib

01.11.2016, 21:24
Hindistan sihahlı qüvvələri Pakistanın 14 sərhəd keşik məntəqəsini məhv edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan sərhədçiləri mübahisəli Kəşmir əyalətində Pakistan ordusunun 14 sərhəd postunu minamyot atəşi ilə məhv edib. Pakistan tərəfdən açılan və 8 nəfərin həyatını itirməsi ilə nəticələnən atəşi Hindistan qüvvələri belə cavablandırıb. Bu barədə «Press Trust of India » informasiya agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, Hindistan tərəfinin kütləvi atəşləri? Pakistanın nəzarətində olan ərazidən minaatanlardan açılan atəşə cavab olub. Bu atəş nəticəsində Hindistan tərəfdə 4-ü qadın olmaqla, 8 nəfər həlak olub, 22 nəfər yaralanıb. İlkin məlumata görə, Hindistan tərəfin açdığı atəş nəticəsində Pakistanın azı 2 sərhədçi-hərbçisi həlak olub.

«Times of India» qəzetinin verdiyi məlumata görə, hökumət Pakistanla həmsərhəd Kəşmir əyalətində tərəfləri ayıran xəttə yaxın rayonda 174 məktəbin bağlanması barədə sərəncam verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol