Menu

Katolik kilsəsi 21-ci əsrin «ölüm barədə təlimatı»nı çap etdirib!

02.11.2016, 20:01
Katolik kilsəsi 21-ci əsrin «ölüm barədə təlimatı»nı çap etdirib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya katolik kilsəsi orta əsrlədə «Ölüm incəsənəti» adı altında geniş yayılmış mətnin 21-ci əsrin reallıqlarına uyğunlaşdırılmış və yenilənmiş versiyasını cap etdirib. Bu barədə cümə günü «Quardian» qəzeti xəbər verib.

Tarixi manuskriptin materialı ağır xəstələrə və onların yaxınlarına kömək məqsədilə yaradılan yeni sayt üçün əsas rolunu oynayıb. Orta əsrlərdəki mənbələr kimi, servis mənəvi və təcrübi planda ölümə necə hazırlaşmaq barədə söhbət açır.

Kilsə nümayəndələri təsdiqləyirlər ki, sayt təkcə katoliklər üçün yox, həm də özünü və doğmalarını həyatdan getməyə hazırlamaq istəyən ixtiyari şəxslər üçün faydalı olacaq.

«Biz, uşağın doğulmasına hazırlaşırıq, bunu planlaşdırırıq, nələri almaq və onu necə adlandırmaq barədə fikirləşirik. Bu, bizim gündəlik həyatımızın bir hissəsidir - biz, bu haqda danışırıq. O zaman, nə üçün eləcə də ölümə hazırlaşmırıq? Mən, hər kəsə sakitcə keçinməyi (canını tapşırmağı) arzu edərdim, ancaq bu, o vaxta qədər mümkün olmayacaq ki, cəmiyyət bu barədə ucadan müzakirələr aparmaq əvəzinə, pıçıltı ilə danışmağa son qoymayıb» - deyə, London Krallıq kollecinin palliativ təbabət üzrə mütəxəssisi Ketrin Sliman məsələyə aydınlıq gətirməyə çalışıb.

«Ölüm incəsənəti» mətninin orjinalı 15-ci əsrin birinci yarısında qələmə alınıb və Avropada vəba epidemiyasnın tüğyan etdiyi illərdə geniş yayılıb (diqqət yetirin - epidemiya insanları bu mətni uydurmağa sadəcə, məcbur edib! - red.).

Mətn, ölümqabağı dua oxumağı və ölüm ayağında olan şəxslərin qarşılaşa biləcəyi halətləri özündə birləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol