«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bəyan edib ki, dünyanın hüquq sistemi məhv olur ki, bu da apostol Pavel tərəfindən öncədən xəbər verilib. Xəbəri «İnterfaks» agentliyi yayıb.
«Yaddaşlarda müqəddəs apostol Pavelin sözlərini yenidən canlandıran qanunsuzluq təhlükəsi artır. O, eramızın başlanğıcında xəbərdarlıq edib ki, qanunsuzluq sirri artıq fəaliyyətdədir» - deyə, Zorkin xristian kilsələri nümayəndələrinin Moskvada keçirilən 20-ci qurultayını açarkən bəyan edib.
Zorkin izah edib ki, ən böyük qanunsuzluq təhlükəsi beynəlxalq hüquq münasibətləri sferasında özünü göstərir.
Konstitusiya məhkəməsinin sədri həm də Qərbi Avropanın hüquqi inkişaf tendensiyalarından narahatlığını ifadə edib və deyib ki, bu tendensiyalar xristian mənəvi normalarından fərqlənir.
Misal olaraq, Zorkin kişi və qadınların bərabərhüquqluluğu və bircinsli münasibətlərin leqallaşdırılması barədəki qanunları önə çəkib.


Şərhlər