Menu

ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək

04.11.2016, 09:00
ABŞ qışda Avropaya 6 min hərbçi göndərəcək

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat verib.

Burada söhbət Kolorado ştatındakı Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir. Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Bundan əlavə, Pentaqon regiona 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgərini də yollayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol