Menu

Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

04.11.2016, 11:17
Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

İŞİD mövqelərinə hücum zamanı Türkiyəni dəstəkləyən "Azad Suriya Ordusu" 4 döyüşçüsünü itirib, 10-u xəsarət alıb.

Əməliyyat zamanı 3 İŞİD üzvü zərərsizləşdirilib.

Bundan başqa, koalisiya qüvvələrinin hava zərbələri nəticəsində 8 İŞİD-çi məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol