AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «İslam dövləti» adlandırılan qruplaşmanın yaraqlıları Mosul şəhərində (İraq) 1600 nəfər dinc sakini girov götürüblər. Bu barədə BMT Ali Komissarı İdarəsinin mətbuat xidməti məlumat verib.
İdarədə qeyd ediblər ki, «İslam dövləti» terrorçu qruplaşma girovları kütləvi halda edam edir. BMT xəbərlər mərkəzi noyabrın 2-də Mosulun şərq cinahında yerləşən Kacalı qəsəbəsində 180 nəfər keçmiş dövlət qulluqçusunun öldürülməsi barədə məlumat aldığını xəbər verib.
Təşkilatda həm də Mosulun özündə daha 200 nəfərə yaxın insanın öldürülməsi xəbərindən ehtiyatlanırlar. BMT Ali komissarının İdarəsi bu informasiyanı araşdırır.

Şərhlər