AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Bolqarıstanın prezidenti Rosen Plevneliyev Rusiyanı kiberhücumlar təşkil etməkdə günahlandırıb. Prezident bunu «Bolqarıstan demokratiyasına hücum» adlandırıb.
BBC xəbər verir ki, Plevneliyevin fikrincə, bu hücumlar ölkə ictimaiyyəti arasında seçkilərin nəticələrinə şübhə yaratmaq məqsədinə xidmət edir.
«Bu gün Putinin Avropadakı oyunları geniqşmiqyaslı müharibə törətməyə yox, digər ölkələri asılı vəziyyətə salmağa yönəlib. Bu gün Rusiya Avropanı zəiflətməyə, parçalamağa və bizi asılı vəziyyətə salmağa çalışır» - deyə, Plevneliyev qeyd edib.
Bolqarıstan prezidenti Avropanı, Bolqarıstana və bəzi digər Avropa ölkələrinə təsiri getdikcə güclənməkdə olan Moskvaya qarşı sərt mövqe tutmağa çağırıb.


Şərhlər