Menu

Rusiyanın raket freqatı Aralıq dənizinə daxil oldu!

05.11.2016, 14:30
Rusiyanın raket freqatı Aralıq dənizinə daxil oldu!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın «Admiral Qriqoroviç» freqatı Aralıq dənizinə daxil olub. Qara dəniz donanmasına məxsus bu gəmi «Kalibr-NK» qanadlı raketləri ilə təchiz olunub. Xəbəri, Qara dəniz boğazlarından keçən gəmiləri izləyən yerli xəbər portalları yayıb.

İstambul saytları güman edirlər ki, Rusiyanın ən yeni raket freqatı Aralıq dənizinin şərq sularında üzən Rusiya hərbi-dəniz qüvvələrinə məxsus aviadaşıyıcı gəmilər qrupuna qoşulacaq. Bu qrupa ağır aviadaşıyıcı «Admiral Kuznetsov» kreyseri başçılıq edir.

Beynəlxalq gəmiçilik Avtomatik identifikasiya sisteminin məlumatına görə, Rusiya hərbi-dəniz qüvvələrinin Suriyaya doğru hərəkət edən aviadaşıyıcı qrupu hal-hazırda Yunanıstana məxsus Krit adasının şərqində üzür.

Bu, «Admiral Qriqoroviç»in Aralıq dənizinə ikinci səfəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol