Menu

İndoneziyada ara qarışdı!

05.11.2016, 17:42
İndoneziyada ara qarışdı!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta şəhərində baş vermiş qarışıqlıq səbəbilə, ölkə Prezidenti Coko Vidodonun Avstraliyaya planlaşdırılmış səfəri təxirə salınıb. Bu barədə xəbəri Avstraliyanın Baş naziri Malkolm Terbula istinadla «Reuters» agentliyi yayıb.

Onun sözlərinə görə, səfərin təxirə salınması İndoneziya paytaxtında «təhlükəsizliklə bağlı yaranmış situasiya» ilə əlaqədardır. Qeyd olunur ki, təxirə salınmış səfər çərçivəsində Vidodo bazar günü bu ölkədə ikitərəfli görüş keçirməyi, sonra isə Avstraliya parlamentində çıxış etməyi planlaşdırmışdı.

Yayılan məlumatlara görə, dövlət başçısı «səfərin yeni vaxtını müəyyən etmək üçün danışıqlar aparmağı xarici işlər naziri Rento Marsudiyə tapşırıb».

İndoneziya KİV-nin yaydığı məlumata görə, şənbə günü paytaxt Cakartada vəziyyət normallaşıb, ictimai nəqliyyatın fəaliyyəti tam bərpa olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol