Menu

“Neftçi” hakimin köməyi ilə “İnter”ə qalib gəldi

05.11.2016, 22:52
“Neftçi” hakimin köməyi ilə “İnter”ə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” “İnter”i qəbul edib.

Oyunun 60-cı dəqiqəsində matçın baş hakimi Rəvan Həmzəzadə qonaqların qapısına penalti təyin edib.

Belə ki, “bankirlər”in müdafiəçisi Zurab Xizanişvli topa əllə cərimə meydançasının kənarında müdaxilə etsə də, referi penalti qərarı verib. Bundan başqa, onun idarəçiliyi qonaqların narazılığına səbəb olub. (qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol