Menu

Ukrayna ordusunun 3 vertolyotu vuruldu - VIDEO

02.05.2014, 14:06
Ukrayna ordusunun 3 vertolyotu vuruldu - VIDEO

Slavyanskda Ukrayna ordusuna aid daha iki vertolyot vurulub. “Axar.az” xəbər verir ki, bu barədə Slavyanskdakı separatçılar məlumat yayıblar. “Radioefirdən verilən məlumata görə, blok-postların birində düşmənin daha bir vertolyotu vurulub. Hələ ki, vurulmuş vertolyot göydə fırlanır, ancaq düşmən yerə çırpılacaq. Bu artıq 3-cü vertolyotdu”, deyə separatçılar bildirib.

Qeyd edək ki, əməliyyatlar başlayan vaxt separatçılar Slavyansk səmasında bir vertolyotun vurulduğunu bildirmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol