Menu

Bakıda 4 yaşlı uşaq yanaraq ölüb

07.11.2016, 17:26
Bakıda 4 yaşlı uşaq yanaraq ölüb

Bakıda 4 yaşlı uşaq faciəli şəkildə ölüb.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2012-ci il təvəllüdlü Sərxan Fazil oğlu Quliyev yaşadığı evin həyətindəki hamamda qabda olan benzini yerə tökərək yandırıb.

Nəticədə uşağın bədənini alov bürüyüb. Valideynləri alovu söndürüb uşağı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol