Menu

«Krım Rusiyanın tərkib hissəsi kimi tanınsın» - Yaponiyanın eks-Baş naziri

07.11.2016, 17:37
«Krım Rusiyanın tərkib hissəsi kimi tanınsın» - Yaponiyanın eks-Baş naziri

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın sabiq Baş naziri Yukio Xatoyama (2009-2010 illər) dünya ictimaiyyətini Krımı Rusiya Federasiyasının tərkib hissəsi kimi tanımağa çağırıb. Guya ki, Krım yarımadası tarixi baxımdan Rusiya ərazisidir.

«Şəxsən mən, hesab edirəm ki, Krım Rusiyanın ərazisidir. Xruşov özbaşına bu yarımadanı Ukraynaya verib - Krım problemi belə yaranıb. Bu gün Krım dünya ictimaiyyəti tərəfindən Rusiya ərazisi kimi tanınmalıdır. Əgər Yaponiya Krımı Rusiyanın bir hissəsi kimi tanısa, bu Avropa ölkələrini də analoji addım atmağa təhrik edər» - deyə, Xatoyama «RT» telekanalına müsahibəsində bəyan edib.

Məlumdur ki, 11 mart 2014-cü il tarixdə Ukraynada baş vermiş hakimiyyət dəyişikliyi və yaranmış siyasi böhran fonunda Krım Respublikasının Ali Soveti və Sevastopolun şəhər soveti Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin müstəqilliyi haqqında bəyannamə qəbul edib. Ardınca - martın 16-da yarımadada, seçicilərin 80 faizinin səsvermədə iştirak etdiyi referendum keçirilib. Referendumda Krım Respublikası seçicilərin 96,77 faizi və Sevastopol seçicilərinin 95,6 faizi Rusiyanın tərkibinə keçməyə səs verib. Martın 18-də isə yeni subyektlərin Rusiya Federasiyasının tərkibinə keçməsi barədə müqavilə imzalanıb.

Ukrayna, ABŞ, Avropa İttifaqı və bəzi digər dövlətlər Krımın müstəqilliyini və Rusiya ilə birləşməsini tanımaqdan imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol