Menu

Daniel Orteqa yenidən Nikaraquanın prezidenti seçildi

08.11.2016, 00:42
Daniel Orteqa yenidən Nikaraquanın prezidenti seçildi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Nikaraquanın fəaliyyətdə olan prezidenti Daniel Orteqa bu gün keçirilən prezident seçkilərində böyük fərqlə rəqiblərinə qalib gəlib. Bu barədə Nikaraquanın (Cənubi Amierika ölkəsi) Ali seçki şurası xəbər verib. Ölkənin yeni vitse-prezidenti isə Orteqanın həyat yoldaşı Rosario Murilo olacaq.

Bülletenlərin 99,8 faizinin yoxlanmasının nəticəsi olaraq Nikaraqua lideri seçkilərdə iştirak etmiş seçicilərin 72,5 faizinin səsini alıb. Onun ən yaxın izləyici rəqibi, Liberal konstitusiya partiyasından olan Maksimino Rodriges cəmi 15,0 faiz səs toplayıb. Səsverməyə 3,6 milyondan artıq insan dəvət olunub.

Konstitusiyaya uyğun olaraq, Nikaraquanın prezidenti və vitse-prezidenti ümumxalq, birbaşa, bərabər, azad və gizli səsvermə yolu ilə seçilir. Seçkilərin nəticələrinə görə, səslərin nisbi çoxluğunu qazanan namizəd qalib elan olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol