Menu

ABŞ-da Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürülüb

08.11.2016, 09:22

rza_zarrabABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.

Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub. O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol