Menu

Elşad İskəndərov vəzifəsindən azad edilməsindən danışdı- YENİLƏNİB

02.05.2014, 21:00
Elşad İskəndərov vəzifəsindən azad edilməsindən danışdı- YENİLƏNİB

Prezidentin sərəncamı ilə bu gün vəzifəsindən azad olunan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərov “Qafqazinfo”ya açıqlama verib.

Sabiq komitə sədri bildirib:“Cənab Prezidentin qərərları müzakirə olunmur, icra olunur. Sadəcə onu qeyd edə bilərəm ki, hansı vəzifədə olmuşamsa həmişə Prezident İlham Əliyevin siyasi kursunun əsgəri olmuşam və olacağam da. Və bu kursa əlimdə olan bütün imkanlarla xidmət edəcəyəm”

--

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vəzifəsindən azad edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Xatırladaq ki, son aylarda Elşad İskəndərovun adı Azərbaycanda "Gülən camaatı"na yaxın məmurlar sırasında çəkilirdi.

Elşad İskəndərov 1993-1995-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra edib. 1999-cu ildən isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışıb. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi seçilib. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışıb. 2009-cu ilin mart ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilib. 31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol