Menu

TRAMP ABŞ-ın YENİ PREZİDENTİDİR! - Klintonun qərargahında göz yaşları tökülür + FOTOLAR

09.11.2016, 10:52
TRAMP ABŞ-ın YENİ PREZİDENTİDİR! - Klintonun qərargahında göz yaşları tökülür + FOTOLAR

ABŞ-da prezident seçkilərinin nəticələri məlum oldu. "AzPolitika.info"nun məlumatına görə artıq Donald Tramp ABŞ-ın yeni prezidentdir. Tramp 274  əsas seçicinin səsini qazanıb. Bu da onun artıq qalib olması deməkdir. 

Qeyd edək ki, ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 40,5 milyon, Klinton isə 38 milyon amerikalının səsini toplaya bilib.

Respublikaçılar Senatda da böyük üstünlük əldə ediblər. Klinton və demokratlar böyük fiasko ilə üzləşiblər.

****

"AzPolitika.info"nun məlumatına görə, Tramp seçkinin nətiicələrinə ciddi təsir edəcəyi gözlənilən Floridada böyük üstünlüklə qalib gəlib. Klintonon ən güclü olduğu Floridada uduzması Trampın faktiki olaraq prezident seçildiyini söyləməyə əsas verir. Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:00-da Alyaska ştatında səsvermə başa çatıb.Bundan bir saat öncə ABŞ-ın materik hissəsində səsvermə bitmişdi.  Həmin vaxtda da səsvermədə 244:215 Donald Tramp öndə idi.

Qeyd edək ki, 1 saat əvvələ olan məlumatlara görə ABŞ-dakı prezident seçkilərində səslərin 74 faizə yaxını sayılıb və respublikaçı Donald Tramp seçicilər kollegiyasının üzvlərinin 254-nün səsini qazanıb. Hillari Klinton isə hazırda 209 kollegiya üzvünün səsinə ümid edə bilər.

Səslərin qalan hissəsinin sayılmasının Trampın qalib gəlmək şansına təsir etməyəcəyi görünür. Artıq Trampın qərargahı onun qələbəsini qeyd etməyə hazırlaşır. Qərargahda böyük hərəkətlilik var, Trampın qələbə çıxışını edəcəyi tribuna hazırlanır, onun çoxsaylı tərəfdarları qərargahın qarşısına toplaşıb.

Hillari-Klinton-16-4Hillari Klintonun seçki qərargahında isə kədərli sükut hökm sürür.

Sosial şəbəkələrdə Hillari Klintonun seçki qərargahındakı ab-havanı və seçki qərargahının üzvlərinin göz yaşlarını əks etdirən fotoşəkillər paylaşılır.Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

FOX News telekanalının son dəqiqə məlumatlarına görə Donald Tramp artıq seçicilər kollegiyasının 259 üzvünün dəstəyini təmin edib. Beləliklə, onun qələbəsini elan etməsi üçün cəmi 11 kollegiya üzvünün səsini qazanması kifayətdir. Bu dəqiqəyə olan məlumatlar Donald Trampın qələbəsinə heç bir şübhə yeri qoymur. Hillari Klintonun səsləri isə hələ 209-da qalır.

ABŞ-da prezident seçkilərinin ilkin nəticələrinə əsasən Donald Trampın irəlidə olması xəbərləri neftin ucuzlaşmasına səbəb olub. Virtualaz.org xəbər verir ki, London birjasında hərrac başlayan kimi “Brent” markalı neft 2 faizdən çox ucuzlaşıb və 45 dolların aşağısına enib. WTI markalı neft isə 3 faizdən çox ucuzlaşıb, 43.6 dollara enib.

Habelə Trampın seçkilərdə uğur qazanması Meksika milli valyutası pesonu da çökdürüb. Belə ki, peso bir gündə 10 faizdən çox dəyər itirərək son 10 ildə ən kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları təqribən 20 pesodur.

Xatırldaq ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-dakı milyonlarla meksikalı qeyri-leqal mühaciri geri göndərəcəyini və Meksika ilə sərhədə hasar çəkdirəyəcəyini vəd edib.

 

08:35

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 08:34-ə olan məlumata görə, ABŞ prezidentinin seçkilərində respublikaçı Domald Tramp irəlidədir.Hələlik bütün səslərin 65,95%-i hesablanıb.Əsas seçicilərin say nisbətinə görə, Tramp 216:209 öndədir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir. Ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 47 milyon, Klinton isə 45 milyon amerikalının səsini toplaya bilib. Səsvermənin nəticələrinin hesablanması davam edir.

Prezident seçkiləri kampaniyasında birmənalı olaraq Hillari Klintonu dəstəkləyən “The New York Times” qəzeti respublikaçı Donald Trampın seçkilərdə qalib gəlmək şansının 95 faiz olduğunu bildirir. Qəzet səsvermənin ilkin nəticələrindən çıxış edərək belə yazır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol