Menu

«BİZ DOSTLUQ EDİRİK...» - Saakaşvili Tramp haqda

09.11.2016, 13:31

saakashviliAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Odessa vilayətinin (Ukrayna) istefa vermiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, ABŞ-da Prezident seçkilərinin lideri, ABŞ Respublikaçılar partiyasının namizədi Donald Trampla çoxdan tanışdır və onun qələbə çalacağını əvvəlcədən söyləyib.

«Onunla 20 ildən artıqdır ki, tanışam. Biz, dostluq edirik. Mən bunu səliqə ilə proqnoz etmişdim» - deyə, Saakaşvili özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Tramp - «güclü şəxsiyyətdir və proqnoza gəlməz siyasəti var».

«Biz, hər zaman olduğundan daha yaxşı təşkil olunmalı və ehtiyatlı davranmalıyıq» - deyə, Gürcüstanın eks-prezidenti xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol