8 noyabr seçkilərində miyarder-iş adamı, tikinti maqnatı, nəhəng otellər və kazinolar şəbəkəsinin sahibi Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi.
AzPolitika.info yeni seçilmiş ABŞ Prezidentinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin haqqında söylədiyi bəzi fikirləri oxucuların diqqətinə çatdırır.
«Putin, bizim prezidentimizə hörmət etmir - hər necə olursa, olsun. Amma o, Rusiyada çox böyük populyarlığa malikdir. Orada etdiklərinə görə, onu sevirlər. Orada onu olduğu qədər sevirlər» - «Fox News» telekanalına müsahibəsində, 18 iyun 2015 il.
«Əgər, Vladimir Putin Suriyaya getmək və «İslam dövləti»ni oradan qovub çıxarmaq istəyirsə, mən bunu 100 faiz dəstəkləyirəm. Başa düşmürəm, kimsə əksinə çıxış edə bilərmi?» - respublikaçı namizədlər arasındakı debatlar zamanı, 10 noyabr 2015il.
«Bir halda ki, söhbət Putindən gedir, o zaman deməliyəm ki, o, dəqiq mənada Rusiya üçün güclü lideridir. O, bizim prezidentdən qat-qat güclü liderdir. Bu, faktdır. Bu, o demək deyil ki, mən onu alqışlayıram» - debarların gedişində, 10 mart 2016 il.
«O (Putin - red.), həqiqi liderdir - ölkəyə möhkəm nəzarət edir. Amma bu, başqa sistemdir. Bu sistem mənə mütləq qaydada xoş deyil. Amma bu sistemdə o, liderdir, bizim prezidentin öz sistemində olduğundan qat-qat güclü lider. Mən, hesab edirəm ki, Putinlə çox-çox yaxşı münasibətlərim olacaq və mən hesab edirəm ki, Rusiya ilə çox-çox yaxşı münasibətlərim olacaq» - forumda, 7 sentyabr 2016 il.
«Deyirlər ki, mən, Putini sevirəm. Mən Putin sevmirəm və ona nifrət edirəm» - Nevada ştatındakı çıxışı zamanı, 6 oktyabr 2016 il.


Şərhlər