Menu

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib

09.11.2016, 18:29
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib.

“Report”un məlumatına görə, İsrail vətəndaşı, 1948-ci il təvəllüdlü Aleksander Ovsiyevich Nov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Teymurov onu aldadaraq 31 min ABŞ dollarını alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol