Menu

Şirməmməd Hüseynovun qızı rektor təyin edildi- Sərəncam

02.05.2014, 20:28
Şirməmməd Hüseynovun qızı rektor təyin edildi- Sərəncam

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru təyin edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev idi.

F. Əliyeva isə BDU-nun professoru, görkəmli alim, mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol