Menu

Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrılıb

10.11.2016, 18:21
Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənədə əsasən, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol