Menu

Mosulda yeraltı həbsxana aşkar edilib - 961 məhbus tapılıb 

11.11.2016, 15:46
Mosulda yeraltı həbsxana aşkar edilib - 961 məhbus tapılıb 

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib: “Həbsxanada 961 nəfər olub. Onların hamısı sünni, əksəriyyəti isə İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir”.

Xatırladaq ki, İraqın şimalında Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı oktyabrın 17-dən aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol