Menu

Gürcüstanda Diaspora Nazirliyi ləğv edilib

11.11.2016, 15:49
Gürcüstanda Diaspora Nazirliyi ləğv edilib

Gürcüstan Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Teya Tsulukiani hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, həmin qurumun funksiyası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil ediləcək.

Məlumata görə, Gürcüstan Gənc Hüquqçular Birliyi hökuməti diaspora işləri üzrə qurumu ləğv etməməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol