Menu

Odessada 3 günlük matəm elan edildi

03.05.2014, 10:17
Odessada 3 günlük matəm elan edildi

Şəhərin bütün müəssisə, təşkilatlar və dövlət binalarının üzərində Ukrayna və Odessa bayraqları matəm lentı ilə asılacaq

Dünya Separatçılarla vahid Ukraynanın tərəfdarları arasındakı toqquşmada öldürülənlərlə əlaqədar Odessada 3 günlük matəm elan edilib. ANS PRESS-in məlumatına görə, şəhər sovetinin informasiya və ictimaiyyətlə əlaqələr deportamentinin bəyanatında faciə ilə əlaqədar 3, 4 və 5 may tarixlərinin Odessada matəm günləri elan edildiyi bildirilir.

Şəhərin bütün idarə və təşkilatlar, dövlət binalarının üstündə Ukraynanın Dövlət Bayrağı və Odessa şəhərinin bayrağı matəm lentı ilə asılacaq. Müəissələrə, təşkilatlara musiqidən istifadə və əyləncəli tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması tövsiyyə edilib.

Unian agentliyinin məlumatına görə, Odessada 2 mayda odlu silahlarla silahlanmış separatçılar və ukraynayönlü fəallar arasında toqquşma baş verib. Faciədə bir neçə fəal həyatını itirib. Bundan sonra vahid Ukrayna tərəfdarları Kulikovo düzündə Həmkarlar binasında barrikadalar qurmuş separatçıların düşərgəsini məhv etdilər. Binada yanğın başladı və nəticədə insanlar həlak oldu.

170 nəfərdən çox yanğından xəsarət alan insan xəstəxanalara müraciət edib, onlardan 25-nin vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol