Menu

Tramp Ərdoğanı təriflədi- "Qızım da sizin heyranınızdır"

11.11.2016, 20:52
Tramp Ərdoğanı təriflədi- "Qızım da sizin heyranınızdır"

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.Publika.az bildirir ki, danışığın çox səmimi və müsbət keçdiyi deyilir.

Tramp Ərdoğana "sizə çox böyük hörmətim var" deyə bildirib: "Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir".

Telefon söhbətində İŞİD, FETÖ lideri Fəthullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol