Menu

İŞİD-in əsas komandirlərindən daha biri öldürüldü

11.11.2016, 21:54

ISID1470033663İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib.APA-nın verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri bildirib.

Şeyx Fariz ləqəbli Mahmud Şükrü ən-Nuaymi noyabrın 8-də Mosulun qərb bölgəsində hava zərbəsi nəticəsində öldürülüb.

Məlumata əsasən, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında bu günədək 1 200 silahlı məhv edilib.

Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol