Menu

Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

12.11.2016, 09:35
Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin müdafiə naziri vəzifəsinə senator Kelli Ayottu nəzərdən keçirir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, pentaqonun rəhbəri Kelli Ayott təyin edilərsə, o bu vəzifəni alan ilk qadın olacaq.

"Trampın komandası müdafiə naziri postuna potensial namizədlərin siyahısına senator Kelli Ayottu əlavə edib", - Washington Post yazır.

Qeyd edək ki, Tramp noyabrın 8-də ABŞ-ın prezident seçkilərinin qalibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol