Menu

İŞİD liderlərindən biri Mosulda öldürüldü

12.11.2016, 12:05

ishidİraq hərbi kəşfiyyatının Mosulun İŞİD-dan geri alınması əməliyyatında İŞİD-in böyük liderlərindən biri Mahmud Şükri-əl-Nuaymi döyüş zamanı öldürülüb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Şeyx-Fariz kimi də tanınan Əl-Nuayminin çərşənbə axşamı Mosulun qərbində hava hücumları zamanı öldürüldüyü iddia olunur.

İŞİD onun ölümünü video montajla təsdiqləyərək, "cihad şəhidi" adlandırıb.

İraq mənbələrinin CNN-ə verdiyi məlumata görə, Nuaymi Seddam Hüseynin kəşfiyyat orqanlarında yüksək rütbəli kəşfiyyatçı olub.

Hal-hazırda İraq koalisiya qüvvələrinin Mosulu geri alınması uğrunda döyüş əməliyyatları davam etməkdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol