Menu

Gənclər təşkilatı Göyçay rayonunda tədbir keçirib (FOTO)

12.11.2016, 13:50
Gənclər təşkilatı Göyçay rayonunda tədbir keçirib (FOTO)

"Sağlam Yaşa" GMİB 11 noyabr 2016- il tarixində Göyçay rayonunda "Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə" mövzusunda tədbir keçirib.

Gənclər Evində keçirilən tədbirdə rayon gənclər təşkilatının nümayəndələri və rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon İH nümayəndəsi Eldəniz Məmmədov açaraq tədbir iştirakçılarını salamladı və bu tədbirin əhəmiyyətindən danışdı.

Təşkilatın sədri Həbibə Qəribova çıxış edərək tədbirin məqsədi, tədbirdən sonrakı dövrlərdə gənçlərimizin yaşıllıqlara necə qayğı göstərməli oluqlarını izah etdi.

Təşkilatın eksperti, Radiasiya inistutunun elmi işçisi ekoloq Sadiq Həsənov mövzu barədə geniş məruzə etdi və bu sahədəki problemlərin həlli yolları haqqında gənclərə öz məsləhətlərini verdi.

Tədbirdə iştirak edən gənclərə köynək, papaq və sertifikatlar təqdim edildi. Tədbir konüllülərdən ibarət gənclərlə rayon ərazisində ağac əkmək kampaniyası ilə başa çatmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol