Menu

Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

13.11.2016, 13:37
Əl-Babın azad edilməsi əməliyyatı başlayıb

Türkiyə ordusunun dəstəyi ilə keçirilən Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatının növbəti mərhələsi başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına start verib.

Azad Suriya Ordusunun birlikləri Əl-Bab şəhərinin 2 km yaxınlarına qədər irəliləyib.

Qeyd edək ki, Əl-Bab İŞİD terror təşkilatının Suriyada Rakka şəhərindən sonra əsas ikinci mərkəzidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol