Bu gün Yeni Zelandiya sahillərində 7,5 maqnitudalı zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı 1.02 radələrində Amberli şəhərindən 63 km şərqdə, Kraystçerç şəhərindən 93 km şimal-şərqdə, 8 km dərinlikdə yerləşib.
Zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.
Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilir. Hazırda sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. Əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir.


Şərhlər