Menu

«Çin və ABŞ əməkdaşlıq edə bilər və etməlidir» - ÇXR sədri

14.11.2016, 11:11
«Çin və ABŞ əməkdaşlıq edə bilər və etməlidir» - ÇXR sədri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin ABŞ-n yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı bəyan edib ki, Çin və ABŞ bir çox işlərdə əməkdaşlıq edə bilər və etməlidir.

«Çin və ABŞ-n əməkdaşlıq edə biləcəyi işlər xeyli çoxdur. Mən Çin-ABŞ münasibətlərini yüksək qiymətləndirirəm və istərdim ki, Amerika tərəfi ilə birlikdə iki ölkənin xalqlarının, bütün ölkələrin xalqlarının çiçəklənməsi naminə bu münasibətlərin irəli aparılmasına səylər göstərək» - deyə, ölkənin mərkəzi televiziyası ÇXR liderindən sitat gətirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol