Menu

Bakıda dekoderlər baha satılır

14.11.2016, 12:48
Bakıda dekoderlər baha satılır

“Azərpoct” rəqəmsal televiziya üçün əlavə dekoderlər tədarük edəcək. Onların noyabrın 25-dən sonra gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 1–dən rayonlarda rəqəmsal yayım dayandırılacaq.

Turan-ın məlumatına görə, Bakıxanov qəsəbəsində poçt şöbəsində (Mahir Əmirov küçəsi) dekoderləri 22 manata satmağı vəd ediblər.

Amma həftə ərzində şöbənin işçiləri vəd verməkdə davam edib, sonra isə deyiblər ki, maı ixtisaslaşdırılmış mağazalarda satırlar. Şikayətçilər dekoderləri 35-40 manata almalı olub. Satıcılar isə deyib ki, Çin istehsalı SANTA dekoderi ilə onları poçt şöbəsi təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol