AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna Ali Radasında «Müxalifət bloku» fraksiyasının başçısı Yuri Boyko «Radikal partiya»nın lideri Oleq Lyaşkonun sifətinə iki zərbə endirib. İnsidentin videgörüntülərini «112» telekanalı yayıb.
«Radikal»ların lideri Boyko haqqında belə bir fikir səsləndirəndən sonra ki, «Boyko, siyasətçi Sergey Levoçkinlə birlikdə təlimatlar almaq məqsədilə Moskva «obkom»larını gəzir», deputat Llayşkoya fiziki təsir göstərmək məqsədilə ilk cəhdi göstərib.
«Digərləri Brüsselin «obkom»larını gəzir. Kəndə, insanların yanına nə vaxt gedəcəksiniz? Şaxtaçıların yanına nə vaxt gedəcəksininz? Metallurqların yanına nə vaxt gedəcəksiniz - xaricə, göstərişlər almaq üçün məqsədli səfərlərə yox? Göstərişləri özününkülərdən, ukraynalılardan almaq gərəkdir» - deyə, Lyaşko səsləndirib.
Deputat çıxışını davam etdirə bilməyib. Onun, Ukrayna təhlükəsizlik xidmətinə ünvanladığı «nə üçün onlar (bu zaman «radikal», Boykonu göstərib) Moskvada gəzirlər və hələ də həbsxanada deyillər» sualından sonra, müxalifətçi ayağa qalxaraq, onun sifətinə zərbə endirib.
«Görürsünüzmü, Moskvanın üfunət saçan əlaltısı nə edir?» - deyə, Lyaşko onları aralayanlara «gileylənib».
Deputat çıxışına davam edib, ancaq o, «Yanukoviçin hələ də vurulmamışları» barədə söz açarkən, Boyko yenidən ayağa qalxaraq, onu təkrar vurub. Radanın spikeri Andrey Parubiy müxalifətçidən sakitləşməyi tələb edib və ona iclasdan çıxarılmaq xəbərdarlığı edib. Cavabında Boyko özü zaldan çıxıb.
Bir qədər sonra Parubiy bu insidenti Ukrayna təhlükəsizlik xidmətinin «Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirmək» planları barədəki bəyanatı ilə əlaqələndirib.


Şərhlər