Menu

"İstilik sistemi qış mövsümünə hazırdır" - “Azəristiliktəchizat”

14.11.2016, 19:11
"İstilik sistemi qış mövsümünə hazırdır" - “Azəristiliktəchizat”

Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol