Menu

ABŞ vətəndaşları mövcud seçki sisteminə qarşı! - 0,5 milyon insan petisiya imzalayıb

15.11.2016, 17:29
ABŞ vətəndaşları mövcud seçki sisteminə qarşı! - 0,5 milyon insan petisiya imzalayıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yarım milyona yaxın seçici ölkədəki mövcud seçki sisteminin dəyişdirilməsi tələbi ilə petisiya imzalayıb. Sənədin müəllifləri «seçənlər kollegiyası»ndan imtina etməyə çağırırlar.

Maykl Baer tərəfindən hazırlanmış sənəd «MoveOn.org» saytında dərc olunub. «Seçənlər kollegiyası özünün faydasızlığını ortaya qoyub. Konstitusiyanın bu hissəsi yazılan vaxtlarda ölkədə rabitə poçt xidmətinin köməyi ilə həyata keçirilirdi. «Qırmızı» (respublikaçıları dəstəkləyənlər - red.) və ya «göy» (demokratları dəstəkləyənlər - red.) ştatlarda yaşayan seçicilər sözün gerçək mənasında, heç bir hüquqa malik deyillər, çünki onların «səs»i heç nəyi həll etmir. Seçənlər kollegiyasından imtina edilməsi o demək olacaq ki, «tərəddüd edən ştatlar» bütün diqqəti özlərinə cəlb etməyəcəklər» - deyə, petisiyada qeyd olunur.

Bəs, gerçəkdə nə baş verir? Sənəd müəllifi bu barədə yazır: «Namizədləri iki əsas siyasi partiya - respublikaçılar və demokratlar partiyası seçir və bununla da yerdə qalan bütün bitərəf namizədləri bütün hüquqlardan məhrum edir. Elə indicə buna son vermək lazımdır».

Hal-hazırkı vəziyyətə petisiyanı 452 min insan imzalayıb. Sənədə baxılmaq üçün gərək onu 475 min vətəndaş imzalamış olsun.

Bu ölkədə keçirilmiş son seçkilərdə Donald Tramp prezident seçilsə də, KİV-in yaydığı məlumata görə, seçicilərin 61,039 milyon nəfəri Hillari Klintona, yalnız 60,371 milyonu Trampa səs verib.

Bu məqamda rusların bir deyimi yada düşür: «Vot, qde sobaka zarıta»...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol