"Barselona" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Şaxtyor"un kapitanı Dario Srna ilə maraqlanır.
"Barsa"nın sözügedən transfer üçün bu qış Donetsk klubu ilə danışıqlara başlayacağı bildirilib.
Qeyd edək ki, 34 yaşlı müdafiəçi D.Srna 14 ildir "Şaxtyor"da çıxış edir.

Şərhlər