Menu

“Bütün dünya bu ölkədən örnək götürsün…” - Binəli Yıldırım

16.11.2016, 14:59

binali yildirimTürkiyənin Baş naziri Binəli Yıldırım Pakistanı bütün dünyaya nümunə göstərib.

Axar.az xəbər verir ki, AKP-nin qrup toplantısında danışan baş nazir rəsmi İslamabadın FETÖ-ya qarşı apardığı mübarizəni yüksək qiymətləndirib:

“Qardaş ölkə Pakistana ürəkdən təşəkkür edirəm. Bu ölkədən daima dostluq və qardaşlıq gördük. Qardaşlarımız bu gün bir daha dəstəklərini ortaya qoydu, FETÖ ilə mübarizədə yanımızda oldular. FETÖ-yə məxsus 23 məktəbdə çalışan 108 müəllimin ailələri ilə birgə 20 noyabra qədər ölkədən çıxması tələb olunub.

Hər ölkə istəsə, terrorla mübarizə apara bilər, terrorçunu ölkəsindən qova bilər. Pakistan örnək olsun. Eyni addımı bütün ölkələrdən gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol