Menu

«Ulyukayevin işi»ndə yeni fiqurantlar anons edildi!

16.11.2016, 19:51
«Ulyukayevin işi»ndə yeni fiqurantlar anons edildi!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, məlumatlı mənbə «Ulyukayevin işi»ndə yeni fiqurantların olacağı anonsunu verib. «İnterfaksın məlumatına görə, bu, yaxın vaxtda baş verə bilər.

«Bu səs-küylü cinayət işində yeni fiqurantların meydana çıxması tamamilə mümkün işdir» - deyə, mənbə agentliyə danışıb. Onun sözlərinə görə, «bu iş üzrə üzücü araşdırmalar aparılır ki, sonuna nöqtə qoymaq hələ tezdir».

Bu zaman mənbə qeyd edib ki, hal-hazırda «Rosneft» şirkətinin nümayəndələrindən rüşvət alınması barədə açılmış cinayət işində tək bircə nəfərin adı keçir - vəzifəsindən kənarlaşdırılmış iqtisadi inkişaf naziri Aleksey Ulyukayev.

Bu gün özəl mənbələrinə istinadla, «Vedomosti» qəzeti xəbər verib ki, güc strukturları təkcə iqtisadi inkişaf nazirini yox, həm də digərlərini izləyə bilərdi. Qəzetin məlumatına görə, hazırlıq mərhələsində həm də Baş nazirin müavini Arkadi Dvorkoviç, Prezidentin köməkçisi Andrey Belousov, iqtisadi inkişaf nazirliyi departamentinin direktoru Oksana Tarasenko və Şuvalovun köməkçisi Marina Romanova olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol