Menu

Veteran cüdoçularımız dünya çempionatında iştirak edəcək - VİDEO

16.11.2016, 22:24
Veteran cüdoçularımız dünya çempionatında iştirak edəcək - VİDEO

İdmançılar artıq Mayami şəhərinə yolla düşüblər

ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 18-də start götürəcək yarışa ayın 21-də yekun vurulacaq.

Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Mayamidə keçiriləcək çempionatda iştirak edəcək. Komanda üzvləri artıq bu məqsədlə Mayami şəhərinə yola düşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol